• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Mourinyo artıq məşqçilik edə bilmir"

İDMAN

08 Aprel 2024 | 20:04 | Müəllif: Subhan Mahmudov

"Mourinyo artıq məşqçilik edə bilmir"

"Roma"nın və İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano Joze Mourinyo barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, yanvarda Roma klubundan qovulan portuqaliyalı mütəxəssisi tənqid edib və komandanın hazırkı baş məşqçisi Daniele De Rossini tərifləyib:

"Mourinyo baş məşqçi kimi fəaliyyətini tamamlayıb. O, artıq məşqçilik edə bilmir. 10 il əvvəl etdiyi hər şeyi edir.

De Rossi isə futbolçularda güclü komanda olduqlarına inam yaratdı. O, əla iş görür. Bu, həmişə onun taleyi olub",

Qeyd edək ki, Hazırda "Roma" A Seriyasının turnir cədvəlində 5-ci yerdədir. "Canavarlar" Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdə qərarlaşan "Bolonya"dan 3 xal geri qalır./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026