• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Zidanın kiçik oğlu La Liqa klubunda çıxış edəcək

İDMAN

11 Yanvar 2024 | 18:44 | Müəllif: Subhan Mahmudov

Zidanın kiçik oğlu La Liqa klubunda çıxış edəcək

“Real Madrid”in sabiq futbolçusu və baş məşqçi Zinəddin Zidanın kiçik oğlu Elias Zidan “Betis”in futbolçusu olacaq.

Bakıvaxtı.az xəbər verir ki, 18 yaşlı fransız futbolçu bir gün əvvəl atasının müşayiəti ilə yeni klubunda tibbi müayinədən keçib.

Müdafiədə və yarımmüdafiədə sol cinahda çıxış edə bilən futbolçu ilə rəsmi müqavilə yanvarın 11-də imzalanacaq. Müqavilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Elias “Real”ın akademiyasında çıxış edib. O, “Betis”dəki çıxışına gənclər komandası ilə başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR