• Bakı C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

İsveçdə seçkilərdə Azərbaycan icmasının 6 üzvü mandat qazandı

CƏMİYYƏT

26 Sentyabr 2022 | 17:21

İsveçdə seçkilərdə Azərbaycan icmasının 6 üzvü mandat qazandı

İsveç Krallığında keçirilən builki seçkilərdə iştirak edən Azərbaycan icmasının 6 nümayəndəsi ölkə parlamentinin (Riksdaq) və yerli bələdiyyə məsliclərinin mandatını qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, seçkilərin nəticələrinə görə, Alin Fazelian ölkə parlamentinin, İradə Əliyeva Söderberg Jönşöping bölgəsi üzrə regional məclisin, Xalidə Mərafət Huddinge bələdiyyə məclisinin, Aida Kərimli Vestra-Götaland region məclisinin, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin, Əminə Sadıqbəyli Solentuna bələdiyyə məclisinin üzvü seçiliblər.

Qeyd edək ki, İradə Əliyeva Söderberq Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi, fəal diaspor üzvü Turan Əliyev Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Əminə Sadıqbəyli Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Rahim Sadıqbəylinin qızıdır.

 


SON XƏBƏRLƏR

28 Mart 2024