• Bakı 15° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək

CƏMİYYƏT

21 Aprel 2025 | 15:07

IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək

May-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, monitorinqin təşkili barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd IV və VI siniflərində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsidir.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.


SON XƏBƏRLƏR