Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili baş nazir postuna hazırkı hökumət başçısı İrakli Kobaxidzenin namizədliyini irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze “Gürcü Arzusu” siyasi şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib.
“Partiyamızın nizamnaməsinə görə, fəxri sədrin baş nazirliyə namizəd irəli sürmək hüququ və səlahiyyətləri var. bu, siyasi şura tərəfindən tam dəstəkləndi”, - Mdinaradze bildirib.
Onun sözlərinə görə, parlamentin spikeri vəzifəsinə namizəd qanunverici orqanın hazırkı rəhbəri Şalva Papuaşvili olacaq.