• Bakı 26° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

İzmirdə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR

CƏMİYYƏT

16 Iyun 2026 | 09:05

İzmirdə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR

İzmirdə Azərbaycanın Milli Qurtuluş Günü və Türkiyə ilə Azərbaycan arasında imzalanmış tarixi Şuşa Bəyannaməsinin 5-ci ildömünü münasibətilə tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, rədbir Azərbaycanın Türkiyədəki mədəniyyət elçilərindən biri, aktrisa və diaspor fəalı Roza İbadova Kocamazın təşəbbüsü ilə İzmirin Engellilər Parkında baş tutub. Tədbirdə İzmirdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş gənclər də iştirak ediblər.

Roza İbadova Kocamaz çıxışında Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib.

Tədbir yalnız bir anım mərasimi deyil, həm də tarixə, milli kimliyə və ortaq dəyərlərə bağlılığın nümayişi olub. Gənclərin öz keçmişinə sahib çıxması, tarixini öyrənməsi və milli yaddaşı yaşatması iştirakçılar tərəfindən ümidverici hal kimi dəyərləndirilib.

Azərbaycan və Türkiyə gənclərinin birlikdə iştirak etdiyi tədbirdə “Bir millət, iki dövlət” anlayışının sadəcə söz deyil, yaşayan bir qardaşlıq nümunəsi olduğu bir daha öz təsdiqini tapıb.

Keçmişini unutmayan, köklərindən güc alan və gələcəyə inamla addımlayan gənclər Türk dünyasının sabahı üçün ən böyük ümid mənbəyidir. İzmirdə keçirilən bu tədbir də göstərdi ki, milli ruhu yaşadan və onu gələcək nəsillərə ötürən gənclik olduqca Azərbaycanın və Türk dünyasının gələcəyi etibarlı əllərdədir.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026