• Bakı 16° C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Jurnalistlər üçün təlim keçirilir

MEDİA

19 Noyabr 2022 | 17:02

Jurnalistlər üçün təlim keçirilir

Bu gün jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlim keçirilir. 

Bakıvaxtı.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ADA-da keçirilən təlimin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika və müəllif hüquqları qaydalarının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyini vurğulamaqdır. 

Təlimdə medianın hazırkı vəziyyəti - ictimai gözləntilər və jurnalistika prinsipləri, redaksiya siyasəti və jurnalistika etikası: peşəkarlar dəyərlərin formalaşması, mənbənin konfidensiallığı, müəllif hüququ və digər məsələrdə nümunələr əsasında faydalı müzakirələr aparılır. 

Təlimçi Türkiyənin tanınmış jurnalisti, media eksperti Tulin Daloğludur. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR