• Bakı 17° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Jurnalistlərin 3-cü binası: Əlavə söz-səhbətə rəvac verməmək üçün...

MEDİA

19 Iyun 2023 | 15:06

Jurnalistlərin 3-cü binası: Əlavə söz-səhbətə rəvac verməmək üçün...

“Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binanın təyinatının dəyişdirilməsi ilə bağlı təklifin reallaşması bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları üçün yeni problemlər yarada bilər".

Bu barədə Bakıvaxtı.az-a Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə deyib. 

Onun sözlərinə görə, Bakıda mərkəzə yaxın ərazilərdə mənzil sahibi olmaq istəyən çoxlu sayda şəhid və qazi ailəsi var: "Həmçinin rayonlarda yaşayıb paytaxtda ev-eşik sahibi olmaq istəyən həssas təbəqəyə aid insanlar da az deyil. Cəmi 255 mənzil onlar arasında necə bölünəcək?” 

 Təşkilat rəhbəri Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş üçüncü binanın ətrafında yaranmış qeyri-müəyyənliyin həm mətbuat nümayəndələri, həm də şəhid və qazi ailələri arasında narahatlığa səbəb olduğunu bildirib. Onun sözlərinə görə, bu günə kimi bir neçə şəhid və qazi ailəsinin üzvü jurnalistlər üçün tikilmiş üçüncü binadan mənzil almaq üçün mənə müraciət edib: "Onlar mətbuatdan oxuyublar ki, Bayılda media nümayəndələri üçün tikilmiş həmin bina şəhid və qazi ailələrinə veriləcək. Bu məsələ reallaşsa, iddialıların sayı yüzlərlə olacaq.  Hesab edirəm ki, şəhid və qazi ailələrinin sosial-məişət şəraitinin kompleks tədbirlərlə yaxşılaşdırıldığı bir vaxtda bu işi həyata keçirən dövlət qurumlarının nümayəndələrinə əlavə problem yaratmağa ehtiyac yoxdur”. 

S.Verdizadə deyib ki, əlavə söz-söhbətə rəvac verməmək üçün 22 iyul Milli Mətbuat Günü ərəfəsində Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyinə aydınlıq gətirilməli, hazır mənzillər ehtiyacı olan jurnalistlərə paylanılmalıdır.


SON XƏBƏRLƏR

10 May 2025