• Bakı 14° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Nəsimi Nəbizadə AzTV-yə qayıtdı

MEDİA

05 Iyul 2023 | 14:20

Nəsimi Nəbizadə AzTV-yə qayıtdı

Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakupost.az-a Əməkdar jurnalist özü bildirib.

O qeyd edib ki, bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq:

"Bakupost-a müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, o, geniş müsahibəsində jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi: "İş təklifləri gözləyirəm. İnanıram ki, mənim səsimi eşidəcəklər".

Böyük rezonans doğuran həmin müsahibədən sonra ölkənin tanınmış adamları, media rəhbərləri N.Nəbizadə ilə əlaqə saxlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026