• Bakı 17° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Tanınmış aparıcıya yeni vəzifə verildi

MEDİA

02 Avqust 2023 | 17:24

Tanınmış aparıcıya yeni vəzifə verildi

Tanınmış aparıcıya yeni vəzifə verildi.

Qida Təhlükəsizliyi Agentliyinin keçmiş mətbuat katibi, tanınmış aparıcı Aysel Fərziyeva yüksək vəzifəyə təyinat alıb. 

Bakıvaxtı.az-ın məlumatına görə. velə ki, o, "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, media və ictimaiyyətlə əlaqələr sahəsi üzrə 10 ildən çox təcrübəsi olan A.Fərziyeva əmək fəaliyyəti ərzində Lider TV, ATV, REAL TV və ARB 24 telekanallarında müxtəlif verilişlərin layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.

A.Fərziyeva 2018-ci ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb və “Süfrə” elmi-kütləvi jurnalının baş redaktoru olub.

Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fəaliyyət göstərən A.Fərziyeva bir çox yerli və beynəlxalq şirkətlər tərəfindən təşkil edilmiş ixtisasartırma kursları və təlimlərdə uğurla iştirak edib.


SON XƏBƏRLƏR

10 May 2025