• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Modern.az 14 yaşında

MEDİA

01 Sentyabr 2023 | 11:18 | Müəllif: Qalib İbrahimoğlu

Modern.az 14 yaşında

Bu gün Modern.az xəbər agentliyinin yaranma günüdür.

Bakıvaxtı.az xəbər verir ki, saytın fəaliyyətə başlamasından 14 il ötür.

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Sayt tək Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.

Modern.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR