• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

MEDİA fərdi jurnalist müsabiqəsi elan etdi

MEDİA

14 Iyun 2023 | 12:11

MEDİA fərdi jurnalist müsabiqəsi elan etdi

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib.

Agentlikdən Bakıvaxtı.az-a bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilməlidir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan olunacaq və mükafatlandırılacaq.


MEDİA fərdi jurnalist müsabiqəsi elan etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026