• Bakı 18° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Kafe-restoranlarda xanımlara PULSUZ QƏLYAN TƏKLİFİ: “Elə qeyrətlidirlərsə...”

CƏMİYYƏT

13 Aprel 2022 | 12:49

Kafe-restoranlarda xanımlara PULSUZ QƏLYAN TƏKLİFİ: “Elə qeyrətlidirlərsə...”

Bəzi iaşə obyektlərində xanımlara pulsuz və ya bir az uzuc qiymətə qəlyan təklif edilir. Bu hal bir çoxlarına sərf edə bilər. Ancaq nəzərə alsaq ki, iaşə obyektlərinə yetkin insanlarla yanaşı gənclər və yeniyetmələr də gedir, bu təklif bir növ qəlyanın təbliğinə çevrilmirmi?

Psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qadınlara hansısa klub və ya restoranda nəyinsə pulsuz verilməsinin özü diskriminasiyadır: “Ortaya belə bir sual çıxır: nəyin müqabilində?! Məsələn, kluba qızları pulsuz buraxırlar, oğlanları isə pulla. Deməli, bu qızı qəbul etməkdə nəsə bir saf, düzgün olmayan məqsəd var. Bunun özü cinsi diskriminasiyadır”.

Psixoloq deyir ki, qadın da, kişi də bərabərhüquqludur. Nəyinsə qadına pulsuz verilməyi artıq şübhə doğuran bir məsələdir: “İkincisi, qəlyan elə bir şeydir ki, pullu və ya pulsuz verilməyindən asılı olmayaraq, çox zərərlidir. Bu nə iyrənc təbliğatdır! Elə qeyrətlidirlərsə, pulsuz kitab versinlər, ya da lap pulun özünü versinlər”.

E.Əkbər vurğulayıb ki, bu, narkotik satmağa bənzəyir: “Narkotiki əvvəlcə pulsuz verirlər ki, insan asılı olduqdan sonra pul verib alsın. Bu da onun bir başqa növü deyilmi?! Bu, biabırçılıqdır, belə şey olmaz”.

Müsahibimiz hesab edir ki, aidiyyatı orqanlar bu məsələlərə qadağa qoymalıdırlar: “Əgər hüquqi baxımdan qiymətləndirmək mümkün deyilsə, heç olmasa bu məsələyə çox ciddi ictimai qınaq qoyulmalıdır”.

Aytac Aslan


SON XƏBƏRLƏR

23 Aprel 2025