"Milli Məclisdə ölkəyə idxal olunan kağızdan ƏDV alınması ilə bağlı qanun ləğv olundu. Lakin qəbul edilən qanun icra olunmur".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, kağızdan əlavə dəyər vergisinin alınması ilə bağlı qanun ləğv olunub. Lakin yanvar ayından bu yana hələ də bu məsələ ilə bağlı Nazirlər Kabineti Gömrük Komitəsinə rəsmi sənəd göndərmir. Bu, olduqca asan məsələdir".
A.Abbas deyib ki, hazırda nəşriyyatlar, qəzetlər can verir: "Şükür ki, ölkəmizdə kitab, qəzet oxuyan yoxdur. Dünyada ən az kitab oxuyan millətik. Bu isə cəmiyyətin məhvinə gətirib çıxarır".
Milli Məclisin sədri Sahibə Qafarova isə Aqil Abbasın fikirləri ilə razılaşmayıb: “Elə bir statistika var ki, dünyada ən az kitab oxuyan ölkə Azərbaycandı? Mənim əlimdə belə bir sənəd, statistika yoxdur”.
















