"Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə əlbəttə ki. Buna ehtiyac var".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Kulinariya Mərkəzinin yeni baş direktoru Orxan Fikrətoğlu sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, kulinariya ancaq yemək demək deyil: "Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir.
Həyatına hirsli olanların, borcu zadı olanların, ömürləri boyu gündəmdəm kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağlz dolusu danışması əslində gözlənilən idi.
Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın dijital formatda yeni TV varinatda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki,qurulacaq.İçtimai nəzarət mexanizmləri,şəffaflıq təmin ediləcək.
Kulinariya bir çoxlarının fikrində deyəsən, bozbaşxana kimi şəkillənib.
Mən Dövlət Turizm Agentliyinə bu stretipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm".
O.Fikrətoğlu qeyd edib ki, T.Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosasiyasının rəhbəridir: "Mən də hər gün İTV də verlişimi aparıram.
Mən yemək bişirməyəcəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm.Əlbəttə ki, kulunariya mənim sahəm deyil, amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.
Bacarırsızsa bu sahədə bizə kömək edin. Bacarmırsızsa kasada qurd axtarmayın".
Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib, onun yerinə tanınmış teleaparıcı, yazıçı Orxan Fikrətoğlu təyin edilib.
Ramid İbrahimov
















