• Bakı 27° C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Kamran Əliyev Qəbələdə vətəndaşları qəbul edib

SİYASƏT

08 Avqust 2025 | 16:18

Kamran Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev avqustun 8-də Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Oğuz, İsmayıllı, Göyçay rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak edən 46 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.


SON XƏBƏRLƏR