• Bakı C

    7.75 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Kamran Əliyev Salyanda vətəndaşları qəbul edəcək

SİYASƏT

06 Yanvar 2025 | 11:09

Kamran Əliyev Salyanda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev yanvarın 10-da Salyanda vətəndaşları qəbul edəcək.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Sözügedən tarixdə saat 10:00-da Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçiriləcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


SON XƏBƏRLƏR