• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

BMT-dəki daimi nümayəndəmiz türkiyəli həmkarı ilə görüşüb

SİYASƏT

05 Fevral 2025 | 04:35 | Müəllif: Gülşən Şərif

BMT-dəki daimi nümayəndəmiz türkiyəli həmkarı ilə görüşüb

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev türkiyəli həmkarı Ahmet Yıldızla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin dünya təşkilatındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.

"Səfir Yıldız Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayevlə Türk Evində nəzakət və başsağlığı ziyarəti münasibətilə görüşüb", – Daimi Nümayəndəliyin sosial şəbəkə hesabında qeyd olunub.

Qeyd edək ki, yanvarın 21-də gecə saatlarında Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın baş verib. Yanğın zamanı oteldə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026