• Bakı 19° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Kamran Əliyev Yardımlıda vətəndaşları qəbul edəcək

SİYASƏT

30 Iyun 2025 | 10:12

Kamran Əliyev Yardımlıda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev iyulun 4-də Yardımlıda vətəndaşları qəbul edəcək.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, Baş prokuror cari il iyulun 4-də, saat 10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026