• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Kaxaber Tsxadadze bu gün “Qəbələ”də debüt oyununa çıxacaq - Premyer Liqa

İDMAN

28 Fevral 2024 | 09:13

Kaxaber Tsxadadze bu gün “Qəbələ”də debüt oyununa çıxacaq - Premyer Liqa

Azərbaycan Premyer Liqasında bu gün XXIII turdan təxirə salınan oyun keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda baş tutacaq matç “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın "sükanı arxasında" debüt oyunu olacaq. Baş hakim Tural Qurbanov saat 19:00-da oyunun start fitini səsləndirəcək.

Azərbaycan Premyer Liqası

XXIII turdan təxirə salınan oyun

28 fevral

19:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Qəbələ şəhər stadionu


SON XƏBƏRLƏR

07 Sentyabr 2024