• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlandı

İDMAN

28 Mart 2024 | 18:12

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlandı

"Transfermarkt" portalı dünyanın futbol üzrə ən dəyərli “onbirliy”ini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ulduz oyunçulardan ibarət heyətin ümumi qiyməti 1 milyard 245 milyon avro təşkil edib.

Dünya futbolunun iki önəmli siması – Lionel Messi ilə Kriştianu Ronaldunun adı siyahıya salınmayıb.

Qapıçı: Dioqu Koşta (“Portu”, Portuqaliya)

Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Vilyam Saliba ("Arsenal", İngiltərə), Nunu Mendeş (PSJ, Fransa)

Yarımmüdafiəçilər: Cud Bellingem ("Real Madrid", İspaniya), Rodriqo Ernandes (“Mançester Siti”), Deklan Rays (“Arsenal”)

Hücumçular: Kilian Mbappe (PSJ), Erlinq Holann ("Mançester Siti"), Vinisius Junior ("Real Madrid").


SON XƏBƏRLƏR

26 Aprel 2024