• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Neftçi” “Qəbələ” ilə matça itkilərlə çıxacaq

İDMAN

28 Mart 2024 | 14:59

“Neftçi” “Qəbələ” ilə matça itkilərlə çıxacaq

“Neftçi”nin iki futbolçusu “Qəbələ”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXVIII turunun matçını buraxacaq.

Bu barədə Bakıvaxtı.az-a “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə alan macarıstanlı müdafiəçi Mark Tamaş həmin oyunda iştirak etməyəcək.

Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026