• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dani Alvesin azadlığa çıxdıqdan sonra İLK İŞİ

İDMAN

28 Mart 2024 | 22:00

Dani Alvesin azadlığa çıxdıqdan sonra İLK İŞİ

Braziliyalı veteran futbolçu Dani Alves həbsdən çıxdıqdan 1 gün sonra dostları və ailəsi üçün dəbdəbəli ziyafət təşkil edib.

Bakıvaxtı.az bildirir ki,  bu barədə İspaniyanın "Record" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, tədbir futbolçunun azadlığa çıxmasına yox, atasının doğum gününə həsr olunub.

Qonaqların səhər saat 5-ə qədər əyləndiyi qeyd edilir.

Xatırladaq ki, braziliyalı bu yaxınlarda 4,5 il həbs cəzasına məhkum edilsə də, girov müqabilində vətəninə göndərilib. Memfis Depayın Dani Alvesin zaminə buraxılması üçün 1 milyon avro ödədiyi bildirilirdi. Lakin niderlandlının agenti bunu şayiə adlandıraraq, xəbəri təkzib edib./idmanbiz


SON XƏBƏRLƏR

26 Aprel 2024