Məlum olduğu kimi, Şimali Koreya lideri Kim Çen In Rusiyanın Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün xüsusi hazırlanmış zirehli qatarı ilə paytaxt Pxenyandan yola düşüb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, 1450 km-lik səyahətdən sonra iki ölkə arasında ikitərəfli sammit keçiriləcək. Dünyanın təcrid siyasəti yürütdüyü iki dövlətin liderləri genişmiqyaslı hərbi əməkdaşlıq dövrünün başladığını elan edəcəklər.
Cənubi Koreyanın YTN telekanalının məlumatına görə, Kimin zirehli qatarı artıq Rusiya dəmir yolu sərhəd keçid məntəqəsindən keçib.
Şimali Koreya lideri Putinlə ikitərəfli sammit üçün minlərlə kilometr yol qət edərək Moskvaya getməyə ehtiyac duymayacaq. Zirehli qatar Rusiyanın uzaq şərqindəki Vladivostok şəhərinə doğru hərəkət edib. Burada iki gün ərzində Rusiya Şərq İqtisadi Forumu keçiriləcək.
Putin-Kim sammitindən təxminən bir ay əvvəl Şimali Koreyaya səfər edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Vladivostok sammitində Putin və Kim arasında xüsusilə də sursatla bağlı gizli razılaşmanın olacağı vurğulanır.
Ekspertlər deyirlər ki, Putin Şimali Koreyadan adi silahlar müqabilində Kimə nüvə sahəsində əməkdaşlıq təklif edəcək.
Kim bundan əvvəl 2019-cu ildə Rusiyanın Vladivostok şəhərinə səfər etmiş və Rusiya lideri Putinlə zirvə görüşü keçirmişdi.
Qeyd edək ki, Şimali Koreya liderləri indiyədək səfərlərində heç vaxt təyyarələrdən istifadə etməyiblər. Ölkənin hazırkı lideri Kim Çen In bu ənənəni pozmur. O, atası Kim Çen İrindən miras qalan qatarı idarə edir. Kim Çen In bu qatardan sonuncu dəfə 2019-cu ildə ABŞ-ın ozamankı prezidenti Donald Trampla görüşmək üçün Vyetnama gedərkən istifadə edib.
* Kimin ümumi olaraq 15 vaqondan ibarət olan xüsusi zirehli qatarı həddindən artıq çəki və təhlükəsizlik nəzərə alınmaqla saatda maksimum 60 km sürətə çatır.
* Təhlükəsizlik qatarı zirehli qatardan əvvəl marşruta nəzarət etmək üçün yola düşür. Əvvəlki qatarda zenit sistemləri və ağır silahlar var.
* Vaqonlardan biri mətbəx, biri iş otağı, biri də salondur. Burada Kimin sevimli brendi və şampanları var.
* Qatarın son vaqonu qaraj kimi istifadə olunur. Kimin rəsmi avtomobili və portativ tualeti var.
* Şimali Koreya liderini bütün səfərlərdə adətən gənc stüardessalardan ibarət “əyləncə qrupu” müşayiət edir.
* Birdən çox yataq otağı olan qatarda 100-ə yaxın təhlükəsizlik qüvvəsi vəzifə yerinə yetirir.
Ay Tac




jpg-1697093054.webp)



jpg-1697090250.webp)






