• Bakı 16° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Polşa Belarusla sərhəddə "Apache" helikopterləri yerləşdirəcək

DÜNYA

12 Oktyabr 2023 | 07:58 | Müəllif: Qalib İbrahimoğlu

Polşa Belarusla sərhəddə "Apache" helikopterləri yerləşdirəcək

​​​​​​Polşa şərq sərhədini möhkəmləndirmək üçün Belarusla sərhəddə yerləşən aviabazaya 30-dan çox Amerika “Apache” helikopteri yerləşdirəcək.

Bakıvaxtı.a, xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda aviabazanı ziyarət edərkən deyib.

"Bu, ölkəmizdə Amerikanın “Apaçi” helikopterlərini qəbul edən ilk helikopter bazası olacaq. Bura ölkəmizdəki ən mühüm helikopter bazalarından biri- “Polşanın ürəyi”dir”, - deyə dövlət başçısı qeyd edib.

“AH-64 Apache” 1980-ci illərdən istifadə edilən ABŞ ordusunun əsas hücum helikopteridir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu yaxınlarda Polşaya 12 milyard dollara “Apache” helikopterlərinin mümkün satışını təsdiqləmişdi.

Polşanın müdafiə naziri bu helikopterlərin ordudakı “Mi-24”ləri əvəz edəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR