HƏMAS-ın İsrailə hücumundan sonra Qəzza bombalanır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, təxminən 2 milyon insanın yaşadığı Qəzzada bombardmanlar nəticəsində minlərlə insan həyatını itirib.
Bir çox ölkədə həm Fələstin, həm də İsrail üçün dəstək yürüşləri keçirilərkən, İsrailə dəstək verənlər arasında kanadalı müğənni Castin Biber də var.
Lakin Biberin İsrail üçün dualar istəyərkən bombalanmış Qəzzanın fotosunu paylaşması da sosial mediada trend mövzusuna çevrilib.
Reaksiyalardan sonra Biber postu silərək yenisini paylaşıb.
Murad Məmmədli
















jpg-1699636059.webp)

