• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mahmud Abbas Blinkenlə görüşəcək

DÜNYA

12 Oktyabr 2023 | 10:54

Mahmud Abbas Blinkenlə görüşəcək

Fələstin Prezidenti Mahmud Abbas cümə günü ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının baş icraçı direktoru Hüseyn Əl-Şeyx bildirib.

Fələstin rəsmilərinin “X” platformasında Mahmud Abbasın İordanya kralı Abdullahla Ammanda görüşəcəyi barədə məlumat da paylaşılıb.

Məlumata görə, İordan çayının qərb sahilindəki Mahmud Abbasın Fatah partiyası və Qəzza zolağına nəzarət edən HAMAS yaraqlıları arasında dərin siyasi ayrılıq var.

Qeyd edək ki, Blinkenin HAMAS qarşı mübarizədə dəstək nümayişi məqsədilə yaxın saatlarda İsrailə gələcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026