Beynəlxalq kredit reytinqi agentliyi Moody's ABŞ-ın kredit reytinqini "Aaa" olaraq təsdiqləyib və proqnozunu "stabil"dən "neqativ"ə dəyişib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Moody's-dən verilən açıqlamada proqnozun neqativə dəyişdirilməsinin əsas səbəbinin ABŞ-ın maliyyə gücünə mənfi yönlü risklərin artması olduğu bildirilib.
Bəyanatda vurğulanıb ki, yüksək faiz dərəcələri şəraitində dövlət xərclərini azaltmaq və ya gəlirləri artırmaq üçün effektiv fiskal siyasət tədbirləri görülməsə, ABŞ-ın fiskal kəsirləri böyük olaraq qalacaq və bu, borcların ödənilməsi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədəcək.
Həmçinin qeyd olunub ki, ABŞ Konqresində davam edən siyasi qütbləşmə, bir-birinin ardınca gələn hökumətlərin borcun ödənilməsi qabiliyyətinin azalmasına səbəb olacaq maliyyə planı üzərində razılığa gələ bilməyəcəyi riskini artırır.
Açıqlamada ABŞ-ın kredit reytinqinin "Aaa" olaraq təsdiqlənməsinin Moody's-in ABŞ-ın kredit gücünü qorumağa davam etdiyinə dair fikirlərini əks etdirdi vurğulanıb.
ABŞ-ın institusional və idarəetmə gücünün də yüksək olduğu, xüsusilə pul və makroiqtisadi siyasətlərin effektivliyi ilə dəstəkləndiyi bildirilib: “ABŞ iqtisadiyyatı və maliyyə sektoru uzun müddət daha yüksək faiz dərəcələrinə uyğunlaşmağa davam etdiyi üçün siyasətçilər şəffaf və effektiv siyasətlər vasitəsilə keçidi asanlaşdırıblar”.
Ay Tac
















