• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Boris Conson hakimiyyətə qayıda bilər – Heyrətamiz plan

DÜNYA

11 Dekabr 2023 | 00:21 | Müəllif: Subhan Mahmudov

Boris Conson hakimiyyətə qayıda bilər – Heyrətamiz plan

Boris Conson Mühafizəkarlar Partiyasından olan deputatların hazırladığı heyrətamiz plana uyğun olaraq Böyük Britaniyanın baş naziri postuna qayıda bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

Bir neçə mühafizəkar parlamentari keçmiş baş nazirin geri qayıtmasının partiyanı seçkilərdəki məğlubiyyətdən xilas etməyin yeganə yolu olduğuna inanır. Eyni zamanda, bildirilib ki, parlamentarilər Mühafizəkarlar Partiyasına dəstəyin azaldığını və seçicinin İslahatçılar Partiyasına üz tutduğunu göstərən sorğuya görə panikaya düşüblər.

Consonun sözçüsü isə onun siyasi ambisiyaları haqda danışmayıb:

“Boris Conson hazırda kitab yazır və hökuməti dəstəkləyir”./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR