• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Erməni ordusunda eyni mövqedə bu gün ikinci zabit öldürüldü

DÜNYA

09 Yanvar 2024 | 21:57 | Müəllif: Subhan Mahmudov

Erməni ordusunda eyni mövqedə bu gün ikinci zabit öldürüldü

Bu gün Ermənistan ordusunun daha bir zabiti öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, yanvarın 9-da ikinci ordu korpusunda xidmət edən leytenant Mikael Danielyan Basarkeçərdə yerləşən mövqelərdən birində öldürülüb.

Ölən zabitin meyiti səhər saat 11 radələrində tapılsa da, yollar keçilməz olduğundan əsgərin meyiti saatlarla ərazidə qalıb.

Ermənistan MN faktı təsdiqləyərək bildirib ki, M.Danielyanın ölümü ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında Basarkeçərdəki mövqelərdə daha bir zabitin - Karen Araikoviç Karapetyanın güllələnərək öldürüldüyü haqda məlumat yayılmışdı. Daha sonra Ermənistan MN faktı təsdiqləmişdi.

Erməni mediası orduda nəsələrin baş verdiyini aydınlaşdırmağa çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026