• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Çin ABŞ-dən idxalı kəskin azaldıb 

DÜNYA

08 Fevral 2024 | 17:47

Çin ABŞ-dən idxalı kəskin azaldıb

2023-cü ildə Meksikadan ABŞ-yə tədarüklər təxminən 5 faiz artaraq 475 milyard dolları keçib.

Bakıvaxtı.az xəbər verir ki, bununla da ölkə əsrin əvvəlindən bəri ilk dəfə ABŞ-nin ən böyük idxalçısı kimi Çini ötüb.  

ABŞ Ticarət Departamentinin məlumatlarına görə, Çin idxalı 20 faiz itirərək 427 milyard dollara düşürüb.

Birləşmiş Ştatlar və Çin arasındakı iqtisadi əlaqələr son illərdə geosiyasi gərginlik və ticarət müharibəsi nəticəsində ağır zərbə alıb.

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə Çindən idxal olunan mallara rüsumlar tətbiq etməyə başlayıb. Onu əvəz edən Co Bayden də həmin məhdudiyyətləri saxlayıb.

Ən böyük azalma siyasi baxımdan ən həssas kateqoriyalar olan kompüter, elektronika, kimya və əczaçılıq məhsullarının tədarükündə olub.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR