ABŞ-nin Qəzza sahillərinə humanitar yardım çatdırmaq üçün qurmağı planlaşdırdığı müvəqqəti limanın tikintisinin 60 günə qədər çəkə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Pentaqon sözçüsü briqada generalı Patrik Rayder mətbuat konfransında sözügedən limanla bağlı sualları cavablandırarkən deyib.
Qəzzada müvəqqəti limanın quraşdırılmasının bölgədəki müttəfiqləri və tərəfdaşları ilə birlikdə həyata keçiriləcəyini bildirən Rayder, limanın qurulması üçün Virciniya əyalətindəki 7 nəqliyyat briqadasının əsgərlərinə həvalə edildiyini qeyd edib.
Rayder İsrailin bu sahədə təhlükəsizliyi təmin edib etməyəcəyi sualına, "Bölgədəki tərəfdaşlarımızla plan və koordinasiya etməyə davam edirik" cavabını verib.
Günəş Mərd
Pentaqondan Qəzza ilə bağlı açıqlama
DÜNYA
09 Mart 2024 | 14:50

SON XƏBƏRLƏR
08:54
06 Sentyabr 2026















