Rusiya NATO modelləri əsasında təkmilləşdirilmiş xüsusiyyətlərə malik yeni tank sursatları hazırlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Rostec” dövlət şirkətinin sənaye direktoru Bekhan Ozdoyev TASS-a bildirib.
Ozdoyevun sözlərinə görə, iş ələ keçirilən Qərb zirehli texnikası ilə bağlı məlumatlar nəzərə alınmaqla aparılıb.
"Biz irəliləyirik və qabaqcıl xüsusiyyətlərə malik yeni perspektivli sursatlar seriyası yaradırıq. NATO tanklarına qarşı təsirli ola biləcək döyüş sursatlarının hazırlanması üçün səyləri artırırıq”.
Qeyd edək ki, bundan öncə Rusiyanın T-14 Armata tankının arsenalında yüksək güclü zirehli deşici subkalibrli Vakuum-1 mərmilərinin olacağı bildirilirdi. Bu volfram nüvəli, zirehi deşən qanadlı sabot mərmiləri 900 millimetrə qədər zirehə nüfuz etməyə qadirdir.
Günəş Mərd








jpg-1715146376.webp)





