• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Etna vulkanı yenidən püskürdü

DÜNYA

08 Aprel 2024 | 14:47 | Müəllif: Qalib İbrahimoğlu

Etna vulkanı yenidən püskürdü

İtaliyanın Siciliya adasındakı Etna vulkanı kül və lava püskürməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan (INGV) bildirilib.

Qeyd olunub ki, Etnanın cənub-şərqindəki kraterdən lava axınının olduğu, vulkanın püskürdüyü kül və toz dumanının böyük əraziyə yayıldığı bildirilir. Hündürlüyü təxminən 3330 metr olan Etnadan halqavari tüstü püskürüb.

Qeyd edək ki, vulkan sonuncu dəfə ötən ilin dekabrında aktivləşmişdi.

Etna Avropanın ən hündür və ən aktiv vulkanıdır. Etnada ildə bir neçə dəfə aktivlik müşahidə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026