• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Moskvada polis gücləndirilmiş rejimə keçirilib

DÜNYA

09 Mart 2024 | 16:07

Moskvada polis gücləndirilmiş rejimə keçirilib

Moskvada polis gücləndirilmiş rejimə keçirilib.

Bakıvaxtı.az “Baza”ya istinadən xəbər verir ki, buna səbəb ABŞ səfirliyinin dünən paytaxtda mümkün terror aktları ilə bağlı məlumat yaymasıdır.

    Məlum olub ki, Moskvanın mərkəzində və bəzi nəqliyyat növlərində patrul qruplarının sayı 2-2,5 dəfə artırılıb, mülki geyimli polislər də asayişi qorumağa cəlb olunub.

    "Patrul xidmətinə xanım polis əməkdaşları da cəlb olunub. Çox güman ki, bu həm qadınların, həm də kişilərin mütləq yoxlanılması ilə bağlıdır", deyə nəşr yazıb.

    Qeyd edək ki, Amerika Birləşmiş Ştatların səfirliyi rəsmi internet saytında martın 7-də vətəndaşlarına Moskvada “izdihamlı yerlərdən” çəkinmələri barədə xəbərdarlıq yayılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR