Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin Belarusla bağlı planlarından danışıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Lukaşenko deyib ki, kollektiv Qərbin məqsədi ölkədə “ən azı bir parça” ərazini ələ keçirmək və ora xarici qoşunlar göndərməkdir.
Belarus liderinin sözlərinə görə, hazırda informasiya və iqtisadi müharibə gedir və Belarus mümkün olan halda “isti müharibənin” qarşısını almaq üçün əlindən gələni edir.
Prezident qeyd edib ki, təşəbbüskarlar xaricə getmiş belarus müxalifətçiləridir.
“Biz onların orada nə etdiklərini tamamilə bilirik. Onlar Amerikadan Brüsselə qədər müxtəlif qərar qəbuletmə mərkəzlərinə və məsləhətçilərə qaçaraq pul istəyirlər”.
Bildirib ki, bu insanlar media üçün pul istəyirlər, lakin onlara Moskva yaxınlığındakı Crocus City Halldakı terror aktı və ya Belarusdakı silahlı qarşıdurma kimi “qaynar” nəsə lazım olduğunu deyirlər.
Mina Mikayılova
















