• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

“Alvaro” qasırğası nəticəsində 12 nəfər öldü

DÜNYA

09 Yanvar 2024 | 23:10 | Müəllif: Subhan Mahmudov

“Alvaro” qasırğası nəticəsində 12 nəfər öldü

Madaqaskarda ayın əvvəlindən təsirli olan "Alvaro" qasırğası nəticəsində 12 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Milli Risk və Fəlakət İdarəetmə Ofisi (BNGRC) açıqlama yayıb.

Bildirilib ki, 8 yanvar tarixinə qasırğadan zərər çəkənlərin sayı 32 min 876-ya yüksəlib, 16 mindən çox insan evlərini tərk edərək sığınacaqlara yerləşdirilib. Təsirini ən çox ölkənin cənub-şərqində göstərən qasırğa nəticəsində ümumilikdə 6616 evi su basıb.

Qeyd edək ki, Hind okeanında bir ada ölkəsi olan Madaqaskarda yanvar ayında yağışlı mövsüm başlayır və aprel ayına qədər davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026