• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Kinoçular itin günündə yaşayırlar” - Şeyx Əbdül Mahmudbəyov

MƏDƏNİYYƏT

18 May 2023 | 14:11

"Kinoçular itin günündə yaşayırlar” - Şeyx Əbdül Mahmudbəyov

Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Azərbaycan kinosunun problemlərini dilə gətirib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”ya danışan sənətkar bildirib ki, bir ölkədə iki kino ittifaqı olmamalıdır: “Söhbət Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı və Xalq artisti Şəfiqə Məmmədovanın başçısı olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından gedir: “Kinonun inkişafı ilə bağlı artıq dövlət proqramı hazırlanır və bu gün bizə əngəl olan problem iki qondarma, yalançı, əsası olmayan ittifaqdır. Mən istəyirəm ki, ya bu ittifaqlar bir araya gəlsin, ya da fəaliyyətləri dayandırılsın. Çünki bir ölkənin iki kino ittifaqı ola bilməz. İttifaqda kino adı ilə alver edirlər, oyun oynayırlar, büdcədən pul alıb xərcləyirlər. Kinostudiya, kinonu yaradanlar qalıblar pis gündə. O ittifaqları heç kinostudiyanın qapısından içəri də buraxmırlar”.

Xalq artistinin sözlərinə görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 7 ildir qeyri-qanuni fəaliyyət göstərir: “İttifaqın nizamnaməsini Şəfiqə Məmmədova seyfdə gizlədib. Çox çətinliklə bir nüsxəsini tapdım. 2012-ci il 21 iyun tarixli Nizamnamədə deyilir ki, ümumi ittifaq ittifaqın ali orqanıdır. Ümumi ittifaqın yığıncaqları zəruri halda tez, amma qanuni halda beş ildən bir keçirilməlidir. Beş ildən gec olmayaraq qurultay keçirilir, orada seçkilər olur.

Demək, həm Şəfiqə xanım, həm də İdarə Heyətinin üzvləri artıq 7 ildir qeyri-qanuni fəaliyyət göstərir. Hətta onların 7 ildir aldığı maaş da ya dövlətə, ya da kinostudiyaya geri qaytarılmalıdır. Aidiyyəti dövlət qurumları, o cümlədən cənab nazir, Dövlət Kino Agentliyi, Ədliyyə Nazirliyi, Hesablama Palatası buna mütləq müdaxilə etməlidir, orada yoxlama aparılmalıdır. Niyə dövlət büdcədən pul ayırır, burada aidiyyəti olmayan insanlar 7 ildir özləri üçün kef edir, kinoçular da itin günündə yaşayırlar?!”
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026