• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Oğuzhan Koç izləyicisini tənqid etdi

MƏDƏNİYYƏT

16 Iyun 2023 | 17:10

Oğuzhan Koç izləyicisini tənqid etdi

Türkiyəli aktyor, müğənni Oğuzhan Koç onun ayaqqabısını lağa qoyan izləyicisini ifşa etdi.

Bu barədə Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir. 

Belə ki, aktyor onun ayaqqabı və geyimlərini "Gossiposta" profil adı ilə lağa qoyan şəxsin kimliyini açıqladı.

Həmin profilin Çağla Çetin adlı bir qadının olduğunu iddia edən aktyor sözü gedən şəxs haqqında alov püskürdü: "Namussuz, şəkil çəkib öz aləmində paparazzilik edən alçaq insanlardır. Simit sat, ləyaqətlə yaşa. Göz-gözə gəlsək salam verməyə titrəyən insanlar durub ad, soyadları da bəlli deyil, həyatda heç bir məqsədi olmayan kəslərdir belələri",-deyə bildirib.

Qeyd edək ki, O.Koç 8 ay öncə aktirsa Demet Özdemirlə evliliyində geyindiyi ayaqqabıya görə və hətta gündəlik geyimləri və ayaqqabıları ilə daim müzakirələrə səbəb olur.

Xəyalə Rza


Oğuzhan Koç izləyicisini tənqid etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026