• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pərvin Abıyeva niyə evlənmədiyini açıqladı

MƏDƏNİYYƏT

15 Iyul 2023 | 12:16

Pərvin Abıyeva niyə evlənmədiyini açıqladı

Akrirsa Pərvin Abıyeva növbəti dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında canlı yayım açaraq evlilikdən söz açıb.

P.Abıyeva bu günə qədər evlənməməsinin səbəbini izah edib: "Bir kişi ilə uzun müddət bir evdə yaşaya bilmərəm. Uzağı bir ay, ən tez də bir gün. Ondan o tərəfə qala bilmərəm.

Dözə bilmərəm. Mən söz götürmürəm, normal insan deyiləm.

32 yaşım var, düşünmürəm ki, kiminləsə bir evdə bir ömür boyu yat, gəz, otur-dur bacarmaram elə olmağı. Bir insan üçün darıxmağı sevirəm. Hər gün yanmda olsa sıxılıram".

Onun bu açıqlaması izləyicilərinin marağına səbəb olub. Əksəriyyəti isə aktrisanı fikirlərinə görə qınayıb.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR