Aktrisa Ülviyyə Əliyeva Muz TV-də işə başlayıb.
Bakıvaxtı.az bildirir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, artıq yeni layihəsinin çəkilişlərinə başlanılıb:
"Proqram "Qırmızı çamadan" adlanır. Sentyabrdan izləyə bilərsiniz. "Zəhmətkeş ulduzlar"la bənzər versiyadadır".
Qeyd edək ki, Ülviyyənin "Zəhmətkeş ulduzlar" verilişi "Space TV"də yayımlanırdı. Aktrisa bundan əvvəl ARB və "Space TV"də çalışıb. /axsam.az










jpg-1694435987.webp)





