• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Məşhur müğənninin oğlu toyda zəhərləndi - FOTOLAR

MƏDƏNİYYƏT

11 Sentyabr 2023 | 12:53

Məşhur müğənninin oğlu toyda zəhərləndi - FOTOLAR

Məşhur türk ifaçısı Barış Mançonun oğlu Doğukan zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə o, sosial şəbəkədə paylaşım edib. Məlumata görə, sənətçinin oğlu badımcandan zəhərlənib. Belə ki, badımcana allergiyası olan Doğukan iştirak etdiyi toyda badımcan yeyib və səhhəti pisləşib.

D.Manço qısa zamanda xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yadım göstərilib: "Erkən müdaxilə nəticəsində sağ qaldım. Bu dəfə də yırtdıq. Anafilaktik şok səviyyəsində badımcana allergiyam var. Yaxınlarım bilir. Müdaxilə olunmazsa tənəffüs yollarım bağlanana qədər şiddətli reaksiyalar verir. Ofisiant cavan idi deyə həyəcanlandı. Restoran da qaranlıq idi. Mən ondan nə gətirdiyini soruşanda, püre olduğunu dedi. Bir qaşıq dadandan sonra başa düşdüm ki, badımcandır".

Qeyd edək ki, Doğukanın başına əvvəl də belə hadisə gəlib. O, 3 dəfə badımcana görə, xəstəxanaya yerləşdirilib.

Xəyalə Rza


Məşhur müğənninin oğlu toyda zəhərləndi - FOTOLARMəşhur müğənninin oğlu toyda zəhərləndi - FOTOLARMəşhur müğənninin oğlu toyda zəhərləndi - FOTOLARMəşhur müğənninin oğlu toyda zəhərləndi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR