Meyxanaçı-müğənni Pərviz Bülbülə maraqlı açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, Pərviz Bülbülə bəyəndiyi müğənnilər haqqında danışıb.
"Kişilərdən Mirələm Mirələmovun, qadınlardan da Xumar Qədimovanın fərqliliyini bəyənirəm. Uşaqlığımda bir onu, bir də Sezen Aksunu dinləyirdim. Özü ilə də söhbət edəndə demişəm. Onun oxuma tərzi, fərqliliyi xoşuma gəlir".
Meyxanaçı Xumar Qədimovaya mahnı yazacağını da deyib.
"Dedim ki, bir mahnı yazacam. Söz də mənim, musiqi də mənim. Ancaq mən eqoistəm. Dedi ki, niyə? Dedim ki, oxuyun, ancaq maşında özüm qulaq asacam. Hər kəs qulaq assın istəmirəm. Eqoistəm, qısqanıram",-deyə o qeyd edib.
Xəyalə Rza
















