"Yazırlar ki, sabiq Baş Nazirin kürəkəni idman yarışında yer tutub. Bunun bura nə aidiyyatı var?"
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri xanəndə Pərviz Qasımov verilişlərin birində deyib.
Xanəndə sosial şəbəkədə və media qurumlarında onun haqqında müzakirə olunun sualları cavablandırıb.
O, qazandığı bütün uğurlarında heç kimin rolu olmadığını vurğulayıb: "O, Azərbaycanın dövlət xadimidir. O gözəl insandır. Özüm haqqında yazın da... Özbəkistanda mən gedib 75 ölkə nümayəndəsi arasında 1-ci yeri qazananda heç ailəli deyildim".
Qeyd edək ki, Pərviz Qasımov keçmiş Baş nazir Novruz Məmmədovun kürəkənidir.
Ziyafət Əlisoy
















