Məşhur aktyor Kamal Sunalın sürdüyü avtomobili satışa çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. "Mersedes"in indiki sahibi Ahmet Yılmaz həmin avtomoibilin "Şaban"a məxsus olduğunu iddia edib.
Onun sözlərinə görə, avtomobili alan şəxs Kamal Sunalın xatirəsinə də hörmətlə yanaşmalıdır.
"Əvvəl almaq istəyən olurdu. Ancaq mən satmırdım. İndi fikrimi dəyişmişəm. Kamal Sunalın 72 yaşı olanda məni də dəvət etmişdilər. Ora avtomobillə getdim. Yaxınları və ailə üzvləri maraqla avtomobilə baxırdılar. Arvadı almaq istəsə də sonra fikirləşdi dedi ki, "xatirəsi məndə ağır yük olar"",-deyə Ahmet Yılmaz bildirib.
Qeyd edək ki, K.Sunalın bir çox filmlərdə sürdüyü avtomobil "Mersedes"in 1984-cü il modelidir.
Xəyalə Rza


















