"Ailənizi "siçovullar"a görə dağıtmayın. Evli kişilərlə bərabər olmağı özünə rəva bilən qadınları mən siçovullara bənzədirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətıqızı deyib.
Əsəblərinə hakim kəsilə bilməyən aparıcı evli kişilərlə münasibətdə olan xanımlara üzünü tutub.
O, sözügüdən xanımları sərt tənqid edib: "Pulları ilə villalar, maşınlar, bahalı marka geyimlər... Mən deyirəm ki, bunları almayın, özünüz işləyin, alın. O villanı zəhmət çək, özün al. Niyə hansısa bir evli kişinin pulu ilə, bir yetimin-yesirin pulu ilə alırrsan onu?"
Xoşqədəm Hidayətqızı bu tip insanların pis örnək olduğunu qeyd edib: "Qadınlar deyirlər ki, o düşdü pullu adamın yanına, siçovul kimi şapka taxıb, "oçki" taxa-taxa villa sahibi oldu. Mən də gedim asan yolu seçim. Baxırlar onlara və ailələr dağılır. Siz ailənizi "siçovullar"a görə dağıtmayın. Allah kəssin o villanı, Allah kəssin o maşını, Allah kəssin o pul-paranı".
Ziyafət Əlisoy
















