• Bakı 24° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

"Başı pozulub, məni ora-bura çırpardı "- Röya Ayxan

MƏDƏNİYYƏT

10 Oktyabr 2023 | 09:30

"Başı pozulub, məni ora-bura çırpardı "- Röya Ayxan

Xalq artisti Röya Ayxan maraqlı açıqlaması ilə diqqət çəkib.

Bakıvaxtı.azxəbər verir ki, Röya Ayxan Bakı Konqres Mərkəzində verdiyi 3 günlük konsert proqramından söz açıb.

Sənətçi robotla göstərdiyi şouda düşdüyü çətin vəziyyəti belə xatırlayıb: "Mən hündürlükdən çox qorxuram. Dedilər çıxmaya da bilərsən. Dedim yox, çıxmalıyam. Robot 6 metr yuxarı qalxırdı. Naqillər ilişməsin deyə aşağıdan 2 uşaq tutmuşdu. 3 gün işinizin adı nədir? Qoymuşuq ki, robot qalxdıqca naqili tutsunlar. Bunlar da çıxıb çölə. Mən 4 mahnıda yuxarıda qalmışam. Sonra çöldən tutub gətiriblər ki, Röya qalıb yuxarıda, siz burada nə gəzirsiz?" (Gülür)

"Biz belə deyildik. Biz daşdan da pul çıxardırdıq. Özümüzü sağa-sola vururduq. İndiki gənclər səhlənkar olublar. Məsuliyyətsiz yanaşırlar. O robotdur, naqillər ilişsə, başı pozulub ora-bura çırpardı məni",-deyə müğənni qeyd edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026