"Bizdə qız nədi saz çaldı nədir?"
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aşıq Telli Borçalı iştirak etdiyi "Özəl tube" verilişində səsləndirib.
Onun sözlərinə görə, uşaqkən çox ərkəsöyün olub.
"Mənim o biri bacılarım atamdan da, anamdan da çox qorxurdular. Amma mən çox dəcəl olmuşam. Heç vaxtı rəfiqəm də olmayıb. Mən həmişə futbol oynamağı, oğlan uşaqlarının etdiyi şeyləri sevirdim, hoppanıb-düşürdüm",- deyə bildirib.
T.Borçalı anasının onu oxlovla döyməsindən də danışıb: "Bir dəfə anam dedi ki, get yağ elə. Xəngəlin üstündə döyülmüşəm. Mən də gedib saz çaldım. Xəngəli yandırdım. Anam da o ki var məni döydü".
Xəyalə Rza
















