"Mən ulduz kimi yaşayıram. Ulduz kimi də dostam".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib.
"Ulduz kimi yaşamaq odur ki, mən kiminsə evinə qonaq getmirəm. Çünki gedəndə deyirəm sizdə buz var? Deyirlər ki, yox. Soyuducudan 3 dənə buz gətirirlər. Bizim evdə buz aparatı var. Xalalarım, bacılarım evimdə çox insan çalışır. Gözəl yaşayıram. Dovğa istəyirəm, dovğam var. Həm də növbənöv... Kimsə mənim telefonuma zəng edə bilməz. Mənə zəng etmək əvəzinə ətrafımda çalışan 37 nəfərdən kimisə yığa bilərsiniz",-deyə Röya Ayxan qeyd edib.
O, həmkarı Səidə Sultanın toyuna getməsindən də söz açıb. Dediyinə görə, onu Səidə Sulranın toyunda görənlər şoka düşüb: “Gözləmirdilər. Mən də dedim ki, onunla bir problemim yoxdur. Mən onun ailəsi ilə dostam. Toya da onun ailəsi çağırıb. Düzdür, özü də demişdi, ancaq mən bacımın bacısının toyuna getmişdim".
Xəyalə Rza
















