Azərbaycanın yutub platformasında trenddə olan "Yalı Çapkını” serialı ilə bağlı yayılan xəbər gündəmi silkələyib.
Bakıvaxtı.az xəbər verir ki, türk mətbuatının verdiyi məlumata görə, Beril Pozamla Ersin Arıcı eşq yaşayır.
Cütlük serialda bir-birini çox sevən, lakin bir araya gələ bilməyən aşiq obrazlarını canlandırırlar.
İddialara görə, Beril və Ersin münasibətlərini gözdən uzaq yaşamağı seçiblər.
Qeyd edək ki, "Yalı Çapkını"nda Beril Pozam "Suna", Ersin Arıcı isə "Abidin" obrazına həyat verir.
Xəyalə Rza



















